Putinlə Paşinyanın telefon danışığında Aİİ ilə bağlı Ermənistanda tezliklə referendum keçirilməsinin vacibliyi vurğulanıb

Putinlə Paşinyanın telefon danışığında Aİİ ilə bağlı Ermənistanda tezliklə referendum keçirilməsinin vacibliyi vurğulanıb

Tarix: 27 Jul 2026 20:55

Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistanla bağlı bəyanatının davamı olaraq bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" müxbirinin sualına cavab olaraq məlumat verib.

"Və Ermənistanda ermənilərin hansı istiqaməti seçmək istədiklərini müəyyən etmək üçün sürətli referendumun keçirilməsinin vacibliyi vurğulanıb", - Peskov əlavə edib.

Putin Peskov Paşinyan Rusiya Aib Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti