Şənbə, 17 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 22:48
Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avroluq yardım proqramı çərçivəsində silah alınması üçün 16 milyard avro ayırıb.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
O, ilin sonunadək daha 17 milyard avronun köçürülməsinin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, Aİ artıq qeyd olunan proqram çərçivəsində Ukraynaya 16 milyard avro həcmində hərbi maliyyə vəsaiti ayırıb.
Fon der Lyayen onu da əlavə edib ki, Ukrayna islahatlarla bağlı bütün tələbləri yerinə yetirəcəyi təqdirdə, ilin sonunadək daha 17 milyard avro ayrılacaq.
Avropa Ukrayna
Mənbə: apa.az