Rusiyada Ukraynanın dron hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb

Rusiyada Ukraynanın dron hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb

Tarix: 27 Jul 2026 22:23

Ukrayna Silahlı Qüvvələri dronlardan istifadə etməklə Rusiyanın Belqorod vilayətinin bir neçə bölgəsinə hücum ediblər.

APA xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat verib.

"Belqorodda dron daha bir ticarət obyektinə hücum edib. Hadisə nəticəsində bir kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Çoxsaylı qəlpə yaraları alan iki nəfəri isə təcili yardım qrupu regional klinik xəstəxanaya aparır", - açıqlamada bildirilir.

Ukrayna dron Rusiya

Mənbə: apa.az

Xəbər Lenti