Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 28 Jul 2026 03:54
Barselona metrosunda baş verən yanğın nəticəsində sonra 130-dan çox insan tüstüdən zəhərlənib.
APA xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə idarəsi məlumat yayıb.
"Yanğınsöndürənlər şəhər mühafizəsi ilə birlikdə sərnişinlərin qatardan təxliyəsinə kömək etdilər və kiçik yanğını nəzarət altına aldılar. Yanğın tez bir zamanda söndürüldü. Təcili tibbi yardım xidmətləri 136 nəfərə kömək etdi. Onlardan 39-u yüngül və orta xəsarətlə yaxınlıqdakı müxtəlif xəstəxanalara aparıldı", - məlumatda deyilir.
Qeyd edək ki, yanğın La Sagrera və Katalunya stansiyaları arasında olub və qatarların fəaliyyəti dayanıb.
Yanğının səbəbi barədə məlumat verilməyib.
İspaniya metroMənbə: apa.az