İsrail və Livan arasında növbəti danışıqlar 4-6 avqustda Romada keçiriləcək

İsrail və Livan arasında növbəti danışıqlar 4-6 avqustda Romada keçiriləcək

Tarix: 28 Jul 2026 06:13

İsrail və Livan nümayəndələri 4-6 avqust tarixlərində Romada daha bir danışıqlar raundu keçirəcəklər.

APA xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən məlumat verib.

Məlumata görə, bu ölkələrin, eləcə də ABŞ-ın nümayəndələri İsrail qoşunlarının Livanın cənubunda yenidən yerləşdirilməsi prosesinin genişləndirilməsini müzakirə edəcəklər.

Bundan əlavə, məsləhətləşmələrdə İsrail və Livan arasında quru sərhədlərinin mübahisələri də müzakirə olunacaq.

İsrail Livan

Mənbə: apa.az

Xəbər Lenti