Zelenski ABŞ-a səfər edib: Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır

Zelenski ABŞ-a səfər edib: Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır

Tarix: 28 Jul 2026 10:14

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.

APA xəbər verir ki, bu barədə Zelenksi “Telegram” kanalında məlumat paylaşıb.

O bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, onun komandası və Ukraynanın müdafiəsinə dəstək verə biləcək rəsmilərlə görüşlər keçirəcək.

"Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır", - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti, həmçinin, qeyd edib ki, nümayəndə heyəti Vaşinqtonda keçiriləcək mərasimdə mərhum amerikalı senator Lindsi Qrehemin xatirəsini ehtiramla yad edəcək.

"Bütün Ukrayna adından Lindsi Qrehemin xatirəsini anacaq, onun Avroatlantik məkanda və dünyanın digər regionlarında təhlükəsizlik və azadlıq naminə göstərdiyi səyləri xatırlayacağıq", - deyə Zelenski bildirib.

İlqar Xudiyev Zelenski ABŞ-a səfər Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti