Cənubi Koreyada ABŞ hərbi bazasında ağ fosfor sızması baş verib

Cənubi Koreyada ABŞ hərbi bazasında ağ fosfor sızması baş verib

Tarix: 28 Jul 2026 13:44

Cənubi Koreyada yerləşən ABŞ-ın Osan Hərbi Hava Qüvvələri bazasında ağ fosfor sızması qeydə alınıb.

Bu barədə Reuters Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə axşamı Osan bazasının ərazisində baş verib. Sızma ilə əlaqədar bazanın yaxınlığında yaşayan sakinlər üçün təxliyə xəbərdarlığı elan olunub.

Hadisənin səbəbi, eləcə də zərərçəkənlərin olub-olmaması barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, yüksək toksikliyə malik olan ağ fosfor əsasən hərbi sursatlarda istifadə olunur və oksigenlə təmasda olduqda öz-özünə alovlana bilir.

Cənubi Koreya ABŞ hərbi bazası ağ fosfor sızması

Mənbə: apa.az

Xəbər Lenti