Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 28 Jul 2026 13:23
İranda yanvar etirazları zamanı İsfahan şəhərində baş vermiş hadisələrlə əlaqədar ölüm cəzasına məhkum edilmiş daha iki nəfər edam olunub.
Bu barədə İranın Məhkəmə Hakimiyyətinin “Mizan” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Əbülfəz Sepahi Badcani və Əmirhüseyn Səfəri Hüseynabadi İsfahanın Əlixani meydanında yanvarın 8-də təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsində iştirak etməkdə təqsirli biliniblər.
Hər iki şəxs həmin iş üzrə ölüm cəzasına məhkum edilən 12 nəfərdən idi. Bu məhkəmə prosesi çərçivəsində daha iki nəfər bundan əvvəl edam olunmuşdu.
İlqar Xudiyev İran yanvar etirazları ilə bağlı edamMənbə: apa.az