Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 28 Jul 2026 13:20
Türkiyə Ermənistanın Gümrü şəhərinə gedən dəmir yolu xəttinin bərpasına başlayıb.
Bu barədə “Armenpress” agentliyi Akyaka şəhərinin meri Erdüger Toptaşa istinadən məlumat yayıb.
Məlumata görə, Akyaka şəhərinin meri Erdüger Toptaş bildirib ki, bərpa işlərinin 2–3 ay ərzində başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, artıq tikinti üzrə tender elan edilib. Layihə çərçivəsində Akyakadan Gümrüyə qədər torpaq yolunun çəkilməsi də nəzərdə tutulur.
"Dəmir yolu infrastrukturunun bərpası hər iki ölkə üçün iqtisadi fayda gətirəcək və kənd təsərrüfatı ilə sənaye sahələrində əməkdaşlıq imkanları yaradacaq", – deyə Toptaş qeyd edib.
“Armenpress” xatırladır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan may ayının sonunda hökumətin yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka dəmir yolu sahələrinin yenidən qurulmasına başlayacağını açıqlamışdı.
İlqar Xudiyev Gümrüyə gedən dəmir yolunun bərpası Ermənistan TürkiyəMənbə: apa.az