Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 28 Jul 2026 17:10
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" Yəməndəki husilərin hücumundan sonra Cizan neft emalı zavodunun fəaliyyətini dayandırıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, sutkalıq emal gücü 400 min barel olan zavod iyulun 27-də istismardan çıxarılıb. Məsləhətçi şirkət IR-in yaydığı qeyddə bildirilir ki, hücum nəticəsində müəssisənin inteqrə edilmiş kombinə edilmiş qazlaşdırma dövrü (IGCC) kompleksi və neft anbarları zədələnib.
Qeyd olunub ki, "Saudi Aramco" təmir işlərini başa çatdıraraq zavodun fəaliyyətini ilkin mərhələdə avqustun 15-dək bərpa etməyi planlaşdırır.
Husilərin hərbi sözçüsü Yəhya Səri isə şənbə günü yaydığı bəyanatda qruplaşmanın Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərində yerləşən Saudi Aramco obyektlərini uğurla hədəfə aldığını bildirib.
Mənbə: apa.az