KİV: Tramp-Netanyahu görüşündə əsas müzakirə mövzusu İran olub

KİV: Tramp-Netanyahu görüşündə əsas müzakirə mövzusu İran olub

Tarix: 28 Jul 2026 22:24

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüşdə əsas müzakirə mövzusu İran olub.

Bu barədə İsrailin 12-ci telekanalı yüksəkvəzifəli israilli rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təxminən bir saat davam edən görüş məhsuldar keçib.

"Danışıqlar çox yaxşı keçdi. Liderlər gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı müzakirə etdilər. Onlar İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiq olduqlarını bir daha təsdiqlədilər. Həmçinin İsrail və ABŞ arasında möhkəm tərəfdaşlıq, eləcə də Yaxın Şərqdəki müxtəlif imkanlar ətrafında fikir mübadiləsi aparıldı", - deyə mənbə bildirib.

Görüşdə ABŞ administrasiyasının aparıcı rəsmiləri də iştirak ediblər.

İsrail Baş nazirinin ofisinin yaydığı fotolara əsasən, ABŞ tərəfini vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edib.

ABŞ İsrail İran Donald Tramp Benyamin Netanyahu

Mənbə: apa.az

Xəbər Lenti