Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib

Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib

Tarix: 28 Jul 2026 21:32

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib.

APA xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. Sibiqa bildirib ki, iranlı həmkarı ilə söhbətində diplomatiyanın ən çətin şəraitdə belə birbaşa dialoqdan başladığını vurğulayıb. O, əsas məqsədin gərginliyin daha da artmasının qarşısını almaq olduğunu qeyd edib. Nazirin sözlərinə görə, Ukraynanın bütün addımları yalnız ölkəsini Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib və heç vaxt mülki gəmiləri və ya dinc insanları hədəf almaq məqsədi daşımayıb. Sibiqa İranı vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyini dayandırmağa çağırıb. O əlavə edib ki, Ukraynanın mövqeyi dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitlik, təhlükəsizlik və sülhə layiqdir.

Ukrayna İran Andriy Sibiqa

Mənbə: apa.az

Xəbər Lenti