Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 01:32
Norveç sahillərində sulfat turşusu daşıyan tankerdə partlayış və yanğın baş verib.
Bu barədə NRK telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış boş çəndə baş verdiyindən yük zərər görməyib. Yanğın qısa müddətdə söndürülüb, 15 nəfərlik heyətdən xəsarət alan olmayıb. Zəhərli maddələrin sızması qeydə alınmayıb.
Norveç tanker yanğın
Mənbə: apa.az