Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 04:46
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi həyata keçirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hücum ABŞ-ın Şərq sahili vaxtı ilə saat 17:45-də həyata keçirilib.
CENTCOM-un açıqlamasına görə, İran tərəfindən buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.
Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətini qoruyur.
https://t.me/apa_az/123551ABŞ İran CENTCOM SEPAH
Mənbə: apa.az