Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 09:37
İran Səudiyyə Ərəbistanının müdafiə nazirinin Tehranın krallığa qarşı həyata keçirilən hücumlarla əlaqəli olması barədə iddialarını təkzib edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın dövlət televiziyası məlumatlı hərbi mənbəyə istinadən xəbər yayıb.
Mənbə bildirib ki, digər ölkələrdən Səudiyyə Ərəbistanındakı hədəflərə atılan raket və mərmilərin İran İslam Respublikası ilə əlaqələndirilməsi həqiqəti əks etdirmir.
Hərbi mənbənin sözlərinə görə, regionda ABŞ-ın maraqlarına qarşı atılan istənilən addımın avtomatik olaraq İranın üzərinə qoyulması ciddi yanlış qiymətləndirmədir və bölgədəki vəziyyət barədə kifayət qədər məlumatlı olmamağın göstəricisidir.
Haşim Rahimi İran Səudiyyə Ərəbistanı hücumMənbə: apa.az