İran Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi alacaq

İran Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi alacaq

Tarix: 29 Jul 2026 09:35

İran yaxın həftələrdə Çindən ilkin mərhələdə 400-ə qədər daşına bilən hava hücumundan müdafiə sistemi (MANPADS) qəbul edəcək.

Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dəyəri 60-70 milyon ABŞ dolları arasında qiymətləndirilən sövdələşmə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehranın qısamənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən iri addımlardan biri hesab olunur. Həmin müharibə İranın kritik infrastruktur və hərbi obyektlərini qorumaq imkanlarında mövcud zəiflikləri üzə çıxarıb.

Reuters-in məlumatına əsasən, müqavilə çərçivəsində Çin istehsalı olan QW-12 və FN-16 tipli 300-400 ədəd daşına bilən zenit-raket kompleksinin alınması nəzərdə tutulur.

Bildirilib ki, sövdələşmə İran rəsmiləri ilə Çin müdafiə sənayesi istehsalçısı arasında vasitəçi kimi çıxış edən Honkonqda yerləşən Zhongqing Baoshang International Investment şirkəti vasitəsilə yekunlaşdırılıb.

MANPADS İran Çin

Mənbə: apa.az

Xəbər Lenti