Ryazan kütləvi PUA hücumuna məruz qalıb, neft emalı zavodu və "Wildberries" anbarında yanğın baş verib

Ryazan kütləvi PUA hücumuna məruz qalıb, neft emalı zavodu və "Wildberries" anbarında yanğın baş verib

Tarix: 29 Jul 2026 08:48

Rusiyanın Ryazan şəhəri pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində neft emalı zavodu və Wildberries şirkətinin çeşidləmə kompleksində yanğın baş verib.

Bu barədə "RBK-Ukrayna" Rusiya teleqram kanallarına və OSINT mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, şəhərdə hava həyəcanı siqnalı yerli vaxtla saat 04:30-da verilib. Bundan sonra şəhər üzərində PUA-lar müşahidə olunub, partlayış səsləri eşidilib.

OSINT mənbələrinin məlumatına əsasən, hücumun hədəfləri "Wildberries"in Ryazan şəhərindəki çeşidləmə kompleksi və yerli neft emalı zavodu olub.

Wildberries şirkəti də çeşidləmə kompleksinə girişin müvəqqəti məhdudlaşdırıldığını təsdiqləyib.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov isə şəhərin sənaye zonalarında yanğınların baş verdiyini təsdiqləyərək, buna səbəb kimi vurulan PUA-ların qalıqlarının düşməsini göstərib.

Rusiya Ryazan PUA

Mənbə: apa.az

Xəbər Lenti