"Haaretz": Netanyahu Zelenski ilə Vaşinqtonda görüşməkdən imtina edib

"Haaretz": Netanyahu Zelenski ilə Vaşinqtonda görüşməkdən imtina edib

Tarix: 29 Jul 2026 15:58

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməkdən imtina edib.

Bu barədə "Haaretz" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenskinin ofisi görüşün təşkili məqsədilə Netanyahunun dəftərxanasına müraciət etsə də, müraciət cavabsız qalıb.

Bununla yanaşı, Ukraynadakı mənbə görüş təşəbbüsünün əslində İsrail tərəfi tərəfindən irəli sürüldüyünü iddia edib. Bildirilib ki, Kiyev bu təklifə razılıq verdikdən sonra görüş vaxt çatışmazlığı bəhanəsi ilə ləğv olunub.

Məlumata görə, Netanyahunun dəftərxanası məsələ ilə bağlı şərh verməkdən imtina edib.

"Haaretz" qeyd edib ki, Netanyahu ilə Zelenski arasında son tamformatlı görüş 2023-cü ilin sentyabrında baş tutub. Buna görə də tərəflər həmin vaxtdan bəri üzbəüz tamformatlı görüş keçirməyiblər.

İlqar Xudiyev Netanyahu Zelenski İsrail Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti