Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 21:15
Fransada meşə yanğınları mövsümünün başlanmasından bəri qəsdən yanğın törədilməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində 263 nəfər saxlanılıb.
Bu barədə "Le Parisien" qəzeti Fransa hökumətinə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan 92-si azyaşlıdır. Bundan əvvəl Bordo məhkəməsində ölkənin cənub-qərbində yerləşən Jirond departamentində baş vermiş meşə yanğınları ilə əlaqədar 11 nəfər barəsində cinayət işlərinə baxıldığı bildirilmişdi.
Qeyd edək ki, bu il Avropada, xüsusilə Fransa və İspaniyada meşə yanğınları rekord həddə çatıb. Avropa Komissiyası yanğınların söndürülməsi üçün Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və yüzlərlə yanğınsöndürənin səfərbər edildiyini açıqlayıb.
Fransa meşə yanğınları saxlanılanlar
Mənbə: apa.az