Tramp: Zelenskiyə müharibəni bitirməsini dedim

Tramp: Zelenskiyə müharibəni bitirməsini dedim

Tarix: 30 Jul 2026 00:58

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə ona müharibəni başa çatdırmağın vacibliyini söylədiyini bildirib.

APA xəbər verir ki, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

“Mən ona dedim ki, sadəcə müharibəni bitirsin”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Volodimir Zelenski ilə yaxşı münasibətlərə malikdir və Ukraynada müharibənin başa çatmasını istəyir.

ABŞ Ukrayna Donald Tramp

Mənbə: apa.az

Xəbər Lenti