Tramp Rusiya və İrana qarşı yeni sanksiyalar layihəsini dəstəkləyib

Tramp Rusiya və İrana qarşı yeni sanksiyalar layihəsini dəstəkləyib

Tarix: 30 Jul 2026 02:33

ABŞ Prezidenti Donald Tramp Konqresdə hazırlanmış Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib.

APA xəbər verir ki, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, İrana qarşı tədbirlərin yalnız sanksiyalarla deyil, həm də gömrük rüsumları ilə gücləndirilməsinin daha məqsədəuyğun olacağını düşünür.

Bununla yanaşı, o, qanun layihəsinin təcili qəbul edilməsi üçün Konqresin avqust tətilinin dayandırılmasına ehtiyac görmədiyini bildirib.

ABŞ Rusiya İran

Mənbə: apa.az

Xəbər Lenti