Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 02:57
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarının dəniz blokadası bərpa olunandan bəri 20 ticarət gəmisinin istiqamətini dəyişdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə CENTCOM "X" hesabında paylaşım edib.
Məlumata görə, bundan başqa iki gəmi sıradan çıxarılıb, daha iki gəmidə isə yoxlama aparılıb.
Qeyd edək ki, ABŞ İran limanlarının dəniz blokadasını iyulun 14-də yenidən tətbiq edib.
ABŞ İran CENTCOM
Mənbə: apa.az