Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 03:50
Serbiyanın Voyvodina muxtar bölgəsində Dunay çayında suyun səviyyəsinin rekord həddə enməsi səbəbindən bir neçə bələdiyyədə fövqəladə vəziyyət elan edilib.
APA xəbər verir ki, bu barədə bölgə hökuməti məlumat yayıb.
Bildirilib ki, suyun səviyyəsi normadan 127 santimetr aşağı düşüb ki, bu da suvarma sistemləri və kənd təsərrüfatı üçün ciddi problemlər yaradıb.
Bölgə hökuməti vəziyyətin nəticələrinin aradan qaldırılması üçün əlavə maliyyə vəsaiti ayırıb.
Serbiya Dunay fövqəladə vəziyyət
Mənbə: apa.az