Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 10:38
ABŞ-ın İranın Qeşm adasına endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 3 üzvü ölüb.
APA xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə qubernator müavini Əhməd Nəfisi məlumat verib.
Onun sözlərinə görə, Qeşm şəhərinin Çah-Təngu məhəlləsində yerləşən yaşayış evinin dağıntıları altından eyni ailənin üç üzvünün – ata, ana və bir uşağın meyiti çıxarılıb.
Bildirilib ki, ailənin daha iki övladı hadisənin ilk dəqiqələrində yaralı halda xilas edilərək müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.
Əhməd Nəfisi qeyd edib ki, axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri başa çatdırılıb, dağıntılar altında qalan bütün şəxslər aşkar edilərək çıxarılıb.
Qeyd edək ki, ABŞ ordusu cümə axşamı Bakı vaxtı ilə saat 04:00 radələrində Qeşm adası yaxınlığındakı əraziyə hava zərbələri endirib.
ABŞ Qeşm adası zərbələrMənbə: apa.az