İraq ABŞ və Səudiyyə Ərəbistanının ölkə ərazisinə zərbələrini pisləyib

İraq ABŞ və Səudiyyə Ərəbistanının ölkə ərazisinə zərbələrini pisləyib

Tarix: 30 Jul 2026 10:02

İraq Milli Təhlükəsizlik Şurası ABŞ və Səudiyyə Ərəbistanının ölkə ərazisinə zərbələr endirməsini pisləyib.

Bu barədə İraq Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Əli əl-Zaidinin sədrliyi ilə keçirilən fövqəladə iclasda ölkənin təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Şura İraq ərazisinin qonşu dövlətlərə qarşı istifadə edilməsinin qarşısını almaq məqsədilə kompleks təhlükəsizlik planını təsdiqləyib.

Bundan başqa, Xarici İşlər Nazirliyinə hücumun beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində sənədləşdirilməsi və diplomatik-hüquqi addımların atılması tapşırılıb.

Mənbə: apa.az

Xəbər Lenti