Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 10:51
Müharibə başa çatdıqdan sonra Hörmüz boğazı qlobal enerji təchizatına təsir baxımından əvvəlki strateji əhəmiyyətini itirə bilər.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “ABC News” telekanalına müsahibəsində bildirib.
"Bu müharibə başa çatdıqdan sonra düşünmürəm ki, boğazlar əvvəlki kimi güclü təsir rıçağı olacaq. Çünki insanlar enerji marşrutlarını boğazlardan kənara – Qırmızı dənizə, oradan isə İsrail və Aralıq dənizinə yönəldəcəklər. Biz Hörmüz boğazının maneə statusunu aradan qaldıra bilərik və bunu edəcəyik", - Netanyahu vurğulayıb.
İlqar Xudiyev Netanyahu İsrail İran Hörmüz boğazıMənbə: apa.az