Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 12:42
Almaniyada anomal isti hava şəraiti bu ilin əvvəlindən indiyədək təxminən 10 min nəfərin ölümünə səbəb olub.
APA xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinə tabe olan Robert Kox İnstitutu məlumat yayıb.
İnstitutun hesabatına əsasən, iyulun 19-na olan vəziyyətə görə istilərlə əlaqəli ölüm hallarının sayı 9 800-ə çatıb. Bu, 2016-cı ildən etibarən aparılan statistika üzrə ən yüksək göstəricidir.
Hesabatda qeyd olunub ki, iyunun sonunda Almaniyada müşahidə edilən yüksək temperatur həmin ay üçün iqlim baxımından qeyri-adi hal hesab olunur.
Tibbi məlumatların təhlili göstərib ki, ölüm hallarının əksəriyyəti uzunmüddətli ekstremal istilərin fəsadları ilə bağlı olub. Statistikaya günvurma, eləcə də orqanizmin həddindən artıq qızması nəticəsində yaranan kəskin ürək-damar və tənəffüs çatışmazlığı halları daxildir.
İlqar Xudiyev Almaniya istilər səbəbindən ölüm hallarıMənbə: apa.az