Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 12:28
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın son zərbələrindən sonra təcavüzkarı bu gün cəzalandıracağını bəyan edib.
“Fars” agentliyi bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.
"Uca Allahın köməyi ilə təcavüzkar bu gün cəzalandırılacaq", - bəyanatda deyilir.
SEPAH-ın bu bəyanatı ABŞ-ın gecə saatlarında İrana qarşı həyata keçirdiyi hücumlardan sonra səsləndirilib.
ABŞ rəsmiləri İran ərazisindəki SEPAH hədəflərinə "güclü" zərbələr endirildiyini açıqlayıblar. Məlumata görə, Qeşm, Kiş, Bəndər-Abbas, Abadan və Buşəhr şəhərlərində partlayış səsləri eşidilib.
İran rəsmilərinin məlumatına görə, Qeşmdə yaşayış binasına endirilən zərbə nəticəsində bir cütlük və onların iki yaşlı övladı ölüb, daha iki uşaq yaralanıb.
İlqar Xudiyev SEPAH İran ABŞMənbə: apa.az