Paşinyan: Ermənistan dəmir yolu ilə bağlı Rusiyayla mübahisəni arbitraja çıxara bilər

Paşinyan: Ermənistan dəmir yolu ilə bağlı Rusiyayla mübahisəni arbitraja çıxara bilər

Tarix: 30 Jul 2026 13:37

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu ilə bağlı yaranmış mübahisənin arbitraj məhkəməsinə çıxarıla biləcəyini bildirib.

Ermənistan mediası xəbər verir ki, Paşinyan bu barədə jurnalistlər üçün brifinqdə danışıb.

"Bu məsələ həll olunmalıdır. Bu məsələnin alternativi yoxdur. Mən istəyirəm ki, bu, hamı üçün tam aydın olsun", – deyə o bildirib.

Baş nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında dəmir yolu məsələsi müzakirə olunmasa da, İrəvanın mövqeyi dəyişməyib.

"Bu bizim mülkiyyətimizdir və Ermənistan dəmir yolundan öz istədiyi kimi istifadə etmək imkanına malik olmalıdır", – Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan ilk növbədə problemi danışıqlar yolu ilə həll etməyə çalışacaq.

"Lakin elə bir vəziyyət yarana bilər ki, biz hüquqi baxımdan tərəflər arasında fikir ayrılığının mövcudluğunu rəsmən tanıyaq və sonra bu mübahisəyə baxılması üçün arbitraja müraciət edək", – deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl də Rusiyanın idarə etdiyi Ermənistan dəmir yolu səbəbindən ölkənin regional kommunikasiyaların açılması prosesində rəqabət üstünlüyünü itirdiyini bildirmişdi.

İlqar Xudiyev Paşinyan Ermənistan dəmir yolu Rusiya

Mənbə: apa.az

Xəbər Lenti