Böyük Britaniyada isti hava iki ayda 3 minə yaxın insanın ölümünə səbəb olub

Böyük Britaniyada isti hava iki ayda 3 minə yaxın insanın ölümünə səbəb olub

Tarix: 30 Jul 2026 15:54

Böyük Britaniyada 2026-cı ilin may və iyun aylarında isti hava şəraiti ilə əlaqədar 2 877 ölüm halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin bütün yay mövsümündə qeydə alınan 1 504 ölüm halından təxminən iki dəfə çoxdur.

Agentlik bildirib ki, bu il müşahidə olunan ardıcıl istilik dalğaları və rekord yüksək temperatur xüsusilə yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi sağlamlıq riski yaradıb.

Qeyd olunub ki, ölüm hallarının əksəriyyəti günvurma, eləcə də ürək-damar və tənəffüs sistemi xəstəliklərinin isti hava şəraitində ağırlaşması ilə əlaqələndirilir.

İlqar Xudiyev Böyük Britaniya istilərdən ölənlər

Mənbə: apa.az

Xəbər Lenti