Reuters: Şimali Koreya raketinin Krivoy Roqda çoxuşaqlı ailənin ölümünə səbəb olduğu ehtimal edilir

Reuters: Şimali Koreya raketinin Krivoy Roqda çoxuşaqlı ailənin ölümünə səbəb olduğu ehtimal edilir

Tarix: 30 Jul 2026 18:12

Krivoy Roq yaxınlığında gecə saatlarında həyata keçirilən və çoxuşaqlı ailənin həlak olması ilə nəticələnən raket zərbəsinin Şimali Koreya istehsalı olan ballistik raketlə endirildiyi ehtimal olunur.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Rusiyanın uzun fasilədən sonra yenidən Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə etməsi Moskvanın Pxenyandan yeni silah partiyası aldığına işarə edir.

Qeyd olunur ki, raketin həqiqətən Şimali Koreya istehsalı olduğu təsdiqlənərsə, bu, təxminən bir ildən sonra Ukraynada belə silahın ilk dəfə istifadəsi olacaq.

Agentlik xatırladır ki, Rusiya daha əvvəl də Ukraynaya qarşı hücumlarda Şimali Koreya istehsalı olan raketlərdən istifadə edib.

İlqar Xudiyev Şimali Koreya ​​​​​​​Krivoy Roqa raket zərbəsi balistik raket Ukrayna Rusiya

Mənbə: apa.az

Xəbər Lenti