Rusiya yanacaq ixracına qadağanı 2027-ci ilədək uzadıb

Rusiya yanacaq ixracına qadağanı 2027-ci ilədək uzadıb

Tarix: 30 Jul 2026 18:11

Rusiya hökuməti benzin, dizel yanacağı və digər neft məhsullarının ixracına qoyulan tam qadağanı 2027-ci il yanvarın 31-dək uzadıb.

Bu barədə "Sputnik" Rusiya hökumətinə istinadən məlumat yayıb.

Hökumətin açıqlamasında bildirilib ki, qərar daxili yanacaq bazarında sabitliyin qorunması və ölkədaxili tələbatın etibarlı şəkildə təmin edilməsi məqsədilə qəbul olunub.

Qeyd edək ki, Rusiya son aylarda bir sıra regionlarda yaranan yanacaq çatışmazlığı fonunda neft məhsullarının ixracına müxtəlif məhdudiyyətlər tətbiq edib. Bu tədbirlərin daxili bazarda qiymət artımının qarşısını almağa xidmət etdiyi bildirilir.

İlqar Xudiyev yanacaq ixracına qadağa Rusiya

Mənbə: apa.az

Xəbər Lenti