CENTCOM: İranın son hücumlarında heç bir ABŞ təyyarəsinə ziyan dəyməyib

CENTCOM: İranın son hücumlarında heç bir ABŞ təyyarəsinə ziyan dəyməyib

Tarix: 30 Jul 2026 21:03

İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə son hücumlarında heç bir ABŞ təyyarəsinə zərər dəyməyib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.

"İranın son hücum cəhdləri nəticəsində heç bir ABŞ təyyarəsi məhv edilməyib və ya zədələnməyib. Bütün raketlər və dronlar ələ keçirilib və ya hədəflərinə çata bilməyib", - açıqlamada deyilir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın İordaniyadakı ABŞ-ın Əl-Əzraq Hava Bazasına zərbə endirdiyini, üç F-35 qırıcı təyyarəsini məhv etdiyini və daha üç təyyarəyə ciddi ziyan vurduğunu açıqlayıb.

İran F-35

Mənbə: apa.az

Xəbər Lenti