Cümə, 31 İyul, 2026
Tarix: 30 Jul 2026 22:36
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ikinci gününün gecəsi daha da maraqlı və yadda qalan olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, festivalın ikinci gecəsində Özbəkistandan olan kollektivlərin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb, hər kəsdə xoş təəssürat oyadıb.
Açıq səma altında keçirilən möhtəşəm konsert proqramında “Daşkənd Zebolari” Xalq Rəqs Ansamblı, “Bek” Doyraçılar Ansamblı, “Proloq”, “Şodiyona”, “Özbəkistan”, “Quljamol”, “Zavkim kelur”, “Doira zavki”, “Bayot”, “Surxonça”, “Şikildok”, “Rohat”, Milli popuri, “Buxorça”, “Kuş doira”, “Qulizorim”, “Baka-banq”, “Mavriqi”, “Rotalla” və “Surnay ləzgi” kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Konsert proqramı tamaşaçıların alqışları ilə sona çatıb.
Qəbələ










Mənbə: apa.az