Şənbə, 31 Oktyabr, 2026
Tarix: 31 Oct 2026 04:18
İsrail ordusu Qəzza zolağında növbəti əməliyyat keçirərək HAMAS-ın hərbi qanadının komandirlərindən biri Cəmil Əbu Təkiyənin öldürüldüyünü açıqlayıb.
APA xəbər verir ki, zərbənin Nuseyrat qaçqın düşərgəsi yaxınlığında endirildiyi bildirilir.
İsrail ordusunun məlumatına görə, Əbu Təkiyə 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı girov götürülən çoxsaylı şəxslərin Qəzzada saxlanılmasında iştirak edib.
Həmin zərbə nəticəsində HAMAS-ın hərbi qanadının digər komandiri İbrahim Cihad Məhəmməd Əbu Uşeybənin də öldürüldüyü bildirilib.
İsrail HAMASMənbə: apa.az