Cümə, 31 İyul, 2026
Tarix: 30 Jul 2026 23:23
Son 44 ildə ilk dəfə olaraq Dunay çayında suyun səviyyəsinin rekord həddə enməsi səbəbilə Macarıstanın Pakş Atom Elektrik Stansiyasının fəaliyyəti tamamilə dayandırılacaq.
APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Piter Magyar öz “X” hesabında məlumat verib.
O bildirib ki, bazar ertəsi günündən etibarən enerji böhranı yarana bilər. Daha ağır nəticələrin qarşısını almaq üçün əlaqələndirilmiş addımların atılması və hər kəsin enerjidən qənaətlə istifadə etməsi lazım olacaq.
O hamının dəstəyinə ümid etdiklərini bildirib.
Pakş AES MacarıstanMənbə: apa.az