Cümə, 31 İyul, 2026
Tarix: 30 Jul 2026 23:12
Türkiyənin Aydın və Balıkesir vilayətlərində meşə yanğınları davam edir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.
Nazirin sözlərinə görə, Aydının Çine və Balıkesirin Gömeç rayonlarında davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam edir.
O əlavə edib ki, Muğla, Antalya və Mersin vilayətlərində baş vermiş meşə yanğınları isə tam nəzarət altına alınıb.
Qeyd edək ki, Türkiyədə son sutka ərzində ümumilikdə 169 meşə yanğını qeydə alınıb. Onlardan 163-ü tam nəzarət altına alınıb.
Dəryanur CəfərovaMənbə: apa.az