ABŞ İranın “Mahan Air” şrikəti ilə əlaqələrinə görə beş şirkətə sanksiya tətbiq edib

ABŞ İranın “Mahan Air” şrikəti ilə əlaqələrinə görə beş şirkətə sanksiya tətbiq edib

Tarix: 31 Jul 2026 00:05

ABŞ İranın “Mahan Air” aviaşirkəti ilə əlaqəli olduğu iddia edilən bir Rusiya şirkətinə və digər dörd quruma sanksiya tətbiq edib.

APA xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında yerləşdirilib.

Məlumata görə, sanksiyalar Moskvada yerləşən “Air Cargo Pro” nəqliyyat şirkətinə, eləcə də Çin, İran və Hindistandan olan dörd şirkətə şamil edilir.

Sanksiyalar həmçinin bir Çin vətəndaşına da tətbiq edilib.

Qurumun açıqlamasına görə sanksiyalarda hədəf alınan şəxslər ABŞ-ın sanksiya siyahısında olan İranın “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq ediblər.

ABŞ sanksiya Mahan Air

Mənbə: apa.az

Xəbər Lenti