Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 01:37
ər-Riyadda 43 ölkənin nümayəndələrinin iştirakı ilə beynəlxalq dəniz daşımalarının təhlükəsizliyini təmin etmək məqsədilə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılması planlaşdırılan çoxtərəfli dəniz müdafiə koalisiyası ilə bağlı müzakirə aparılıb.
APA xəbər verir ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə dəniz təhlükəsizliyinə artan təhdidlər, o cümlədən ticarət gəmilərinə, enerji tankerlərinə və dəniz infrastrukturuna hücumlar müzakirə edilib.
Tərəflər koalisiyanın nizamnaməsi, idarəetmə sistemi və fəaliyyət mexanizmlərini də nəzərdən keçiriblər.
Koalisiyanın Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərməsi nəzərdə tutulur. Qərargah isə Səudiyyə Ərəbistanında yerləşəcək.
Görüşün yekununda koalisiyanın yaradılması istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Layihəyə dəstək barədə birgə bəyanatı Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali daxil olmaqla 14 ölkə imzalayıb.
Digər bəzi dövlətlərin də təşəbbüsə qoşulmaq üçün daxili prosedurları davam etdirdiyi bildirilir.
Səudiyyə ƏrəbistanıMənbə: apa.az