Meloni: Lazım gələrsə, İspaniya ilə Şengen rejimini dayandırmağa hazırıq

Meloni: Lazım gələrsə, İspaniya ilə Şengen rejimini dayandırmağa hazırıq

Tarix: 31 Jul 2026 10:57

İtaliyanın Baş naziri Corcia Meloni İspaniyanın Seuta eksklavına qeyri-qanuni miqrant axınının Avropanın sərhəd təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bəyan edib.

APA xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Baş nazir bildirib ki, vəziyyətlə əlaqədar İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə danışıb və aidiyyəti dövlət qurumlarının təcili iclası çağırılıb.

"Seutadan gələn görüntülər sarsıdıcıdır və bir daha göstərir ki, nəzarətsiz qeyri-qanuni miqrasiya Avropanın sərhədlərinin təhlükəsizliyi üçün real təhlükə yaradır. İtaliya kənardan izləməyəcək", – deyə Meloni qeyd edib.

Onun sözlərinə görə, keçiriləcək müşavirələrdən sonra hökumət sərhədlərin və vətəndaşların təhlükəsizliyinin qorunması üçün fövqəladə tədbirlər görməyə, o cümlədən İspaniya ilə Şengen rejiminin dayandırılmasına hazırdır.

Meloni vurğulayıb ki, hökumət qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, insan alverçilərinin fəaliyyətinin qarşısının alınması və qanunsuz miqrantların effektiv geri qaytarılması siyasətini davam etdirəcək.

İlqar Xudiyev Meloni İtaliya İspaniya Şengen vizası

Mənbə: apa.az

Xəbər Lenti