Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Tarix: 31 Jul 2026 14:34

Finlandiyanın daxili işlər naziri Mari Rantanen Avropanın bütün ölkələrini İtaliyanın İspaniya ilə Şengen sazişinin fəaliyyətinin dayandırılması təşəbbüsünü dəstəkləməyə çağırıb.

APA xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

"İspaniya Şengen zonasının xarici sərhədlərini miqrant axınından qorumaqda tam uğursuz olub. Bu cür davam edə bilməz. Bütün Avropa ölkələri Corcia Meloninin təklifini dəstəkləməlidir. Xarici sərhədlərin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının iştirakçısı ola bilməzlər", – deyə Rantanen bildirib.

Qeyd edək ki, daha əvvəl İtaliyanın Baş naziri Corcia Meloni Seuta şəhərinə qeyri-qanuni miqrant axınının artması fonunda İspaniya ilə Şengen sazişinin fəaliyyətinin dayandırılmasına hazır olduqlarını bəyan etmişdi.

Meloninin bu açıqlamasından sonra İspaniya Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq İtaliyanın Madriddəki səfirini nazirliyə çağırıb.

İlqar Xudiyev Finlandiya Şengen sazişi İspaniya Avropa

Mənbə: apa.az

Xəbər Lenti