Ermənistanda Qaqik Tsarukyana məxsus "Ararat" konyak zavodu dövlətin nəzarətinə verilib

Ermənistanda Qaqik Tsarukyana məxsus "Ararat" konyak zavodu dövlətin nəzarətinə verilib

Tarix: 31 Jul 2026 17:54

Ermənistanda məhkəmə iş adamı Qaqik Tsarukyana məxsus "Ararat" İrəvan konyak-şərab-araq kombinatının dövlətə verilməsi barədə qərar qəbul edib.

“Newsarmenia” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, məhkəmə Baş Prokurorluğun iddiasını təmin edərək müəssisənin səhmlərinin İqtisadiyyat Nazirliyi vasitəsilə dövlətin mülkiyyətinə verilməsi barədə qərar çıxarıb.

Baş Prokurorluq bildirib ki, zavod "qanunsuz əldə edilmiş əmlakın müsadirəsi" işi çərçivəsində dövlətin nəzarətinə keçirilib.

İlqar Xudiyev Ermənistan "Ararat" İrəvan konyak-şərab-araq kombinatı Tsarukyan

Mənbə: apa.az

Xəbər Lenti