Türkiyədə tanınmış jurnalist həbs olunub

Türkiyədə tanınmış jurnalist həbs olunub

Tarix: 01 Aug 2026 01:06

Türkiyədə jurnalist Cem Küçük barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, Cem Küçüyə qarşı “xalqı çaşdıran məlumatı açıq şəkildə yayma” və “şantaj” ittihamları irəli sürülüb.

Jurnalist məhkəmə qarşısına çıxarıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib.

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti