Şənbə, 1 Avqust, 2026
Tarix: 01 Aug 2026 02:05
ABŞ və İsrail İranın enerji infrastrukturuna mümkün zərbələr endirilməsi variantını müzakirə edir.
APA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib və hərbi əməliyyatın başlanacağı dəqiq deyil.
Telekanalın adının açıqlanmadığı mənbələri bildiriblər ki, müzakirələr İranın son hərəkətlərinə cavab tədbirləri çərçivəsində aparılır.
Eyni zamanda, Vaşinqtonun diplomatik variantları da gündəmdə saxladığı və vəziyyətin inkişafından asılı olaraq qərar verəcəyi qeyd olunur.
Mənbələrin sözlərinə görə, ABŞ administrasiyası və İsrail rəhbərliyi mümkün ssenariləri dəyərləndirsə də, hazırda hərbi əməliyyatın başlanması ilə bağlı son qərar verilməyib.
ABŞ İsrail İran
Mənbə: apa.az