Şənbə, 1 Avqust, 2026
Tarix: 01 Aug 2026 05:04
ABŞ ordusu İran limanlarının blokadasının bərpasından bəri 30 ticarət gəmisinin heyətini istiqamətini dəyişməyə məcbur edib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"İyulun 31-dək blokada çərçivəsində 30 kommersiya gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi fəaliyyətsiz vəziyyətə salınıb, daha 2 gəmidə isə yoxlama aparılıb. Məqsəd blokada rejiminə tam əməl olunmasını təmin etməkdir”, - məlumatda deyilir.
Bununla yanaşı, ABŞ hərbçiləri humanitar yardım daşınması məqsədilə təxminən 30 gəminin blokada zonasından keçməsinə icazə verib.
CENTCOM-un məlumatına görə, Yaxın Şərq bölgəsində 20-dən çox ABŞ gəmisi var.
Qeyd edək ki, ABŞ-ın İranın dəniz blokadasının bərpası 14 iyulda baş verib.
ABŞ Hörmüz CENTCOMMənbə: apa.az