- Cümə, 27 Dekabr, 2024
Tarix: 22.05.2024 11:43
Bakıda “Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransı” keçirilir.
"APA-Economics" xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun təşkilatçılığı, eləcə də Türkiyənin “T-RUPT” texnoloji şirkətinin, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sakarya Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin dəstəyi ilə keçirilən konfransda Azərbaycan və ətraf bölgələrin seysmoteknik quruluşu, zəlzələ aktivliyi, ölkəmizdə inşa olunan bina tipləri və onların zəlzələyə qarşı dözümlülüyü məsələləri müzakirə olunacaqdır. Konfrans iştirakçıları həmçinin, risklərin rasional çərçivədə sığorta şirkətlərinə ötürülməsi istiqamətində təcrübələr ətrafında fikir mübadilələri aparacaqlar.
Konfransda katastrofik risklərin maliyyə təsirləri və bu təsirlərin proqnozlaşdırılması mövzuları ətrafında təcrübə mübadilələri də aparılacaqdır. Konfrans çərçivəsində sığorta sektoru üçün zəlzələ və digər təbii fəlakətlər üzrə təkrarsığorta modelləşdirilməsi və tədbiqi məsələləri ilə bağlı təqdimatlar keçiriləcək və təkliflər irəli sürəcəklər.