Rusiya ordusu Kiyevi raket atəşinə tutub, 9 nəfər ölüb, xeyli yaralı var- YENİLƏNİB-1

Rusiya ordusu Kiyevi raket atəşinə tutub, 9 nəfər ölüb, xeyli yaralı var- YENİLƏNİB-1

Tarix: 01 Aug 2026 09:32

Rusiya silahlı qüvvələrinin Kiyevə hücumu nəticəsində 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən bildirilib.

Məlumata görə, avqustun 1-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində xeyli yaralı var, ölən və yaralı sayı artmaqdadır.

Hazırda xilasetmə, təxliyə əməliyyatları davam etdirilıir.

***

05.24

Kiyev Şəhər Hərbi Administrasiyası Rusiya ordusunun hücumları nəticəsində dörd nəfərin öldüyünü və yaralıların sayının 13-ə çatdığını açıqlayıb.

APA xəbər verir ki, Kiyev meri Vitali Kliçko isə yaralılardan ikisinin 13 və 17 yaşlı iki oğlan olduğunu deyib.

***

04:10

Rusiya ordusu avqustun 1-nə keçən gecə Kiyev şəhəri də daxil olmaqla vilayətin bir sıra bölgələrinə raketlərlə kütləvi zərbə endirib.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı "Sirkon" hipersəs raketlərindən də istifadə olunduğu bildirilir.

Kiyev meri Vitali Kliçko hücum nəticəsində azı 1 nəfərin həlak olduğunu, bir neçə nəfər, o cümlədən 17 yaşlı yeniyetmənin isə y aralandığını bildirib.

Məlumata əsasən, Solomyanski, Darnitski və Şevçenkovski rayonlarında yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib, raket qalıqları binalara və avtomobillərə düşüb.

Kiyev vilayətinin Buça rayonunda da anbar və yaşayış məntəqələrində yanğın qeydə alınıb. Hücum zamanı şəhərdə onlarla güclü partlayış səsi eşidilib.

Ukrayna Kiyev Rusiya

Mənbə: apa.az

Xəbər Lenti