Sobyanin: Ukrayna bir ayda Moskvaya 6225 PUA hücumu edib

Sobyanin: Ukrayna bir ayda Moskvaya 6225 PUA hücumu edib

Tarix: 01 Aug 2026 12:43

Ukrayna son bir ay ərzində Rusiya paytaxtına 6225 PUA hücumu edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, 1-31 iyul tarixləri arasında Moskva regionuna 6225 PUA uçub.

Moskva meri əlavə edib ki, iyul ayında Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxta yaxınlaşan

780 dron məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə Rusiya hava hücumundan müdafiə qüvvələri ötən ay ərzində ən azı 21760 dronu zərərsizləşdirib.

Fərid Əkbərov Ukrayna Rusiya Moskva PUA hücumu

Mənbə: apa.az

Xəbər Lenti