Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 67-yə yüksəlib

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 67-yə yüksəlib

Tarix: 01 Aug 2026 13:22

Mərakeşdən İspaniyanın Seuta şəhərinə dəniz yolu ilə keçməyə çalışan miqrantlar arasında ölənlərin sayı 67-yə çatıb.

Bu barədə “El País” qəzeti məlumat yayıb.

Bundan əvvəl ölü sayının 57 olduğu açıqlanmışdı.

Qeyd olunur ki, son günlər minlərlə miqrant Seutaya üzərək, eləcə də şəhəri Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək şəhərə daxil olmağa müvəffəq olub.

Hadisə ilə əlaqədar İspaniya və Mərakeş hakimiyyət orqanları sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib və miqrantların geri qaytarılması istiqamətində birgə fəaliyyət göstərir.

Son məlumata görə, miqranların, demək olar ki, hamısı geri qayıdıb.

İlqar Xudiyev İspaniya Mərakeş Seuta

Mənbə: apa.az

Xəbər Lenti