- Cümə, 27 Dekabr, 2024
Tarix: 22.05.2024 14:17
2024-cü ilin may ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 1.8% azalaraq 462.2 milyon manata enib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 5.6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 21.9% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.02 faiz bəndi azalaraq 1.78% təşkil edib.